2020-ci ilin noyabr ayından bu günədək Qarabağ və Şərqi Zəngəzurda 98 min hektar ərazi mina və sursatlardan təmizlənib. Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
O qeyd edib ki, eyni zamanda, bu günədək on minlərlə partlamamış mina və sursat aşkarlanaraq zərərsizləşdirilib.
“Onların əksəriyyəti Ermənistan istehsalı olan plastik örtüklü minalardır. Onlarda metal maddələr az olduğu üçün aşkarlanması daha çətindir”, - deyə S.Poladov qeyd edib.
O əlavə edib ki, lokal xarakterli antiterror tədbirlərindən sonra azad edilən ərazilərdə də minatəmizləmə işləri davam etdirilib. İlk olaraq işlər kritik yerlərdə aparılır.*
X.Nəsirzadə