2023-cü il sentyabrın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $9 milyard 775,3 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2022-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları $8 milyard 995,7 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, beləliklə, 2023-cü ilin yanvar-sentyabr aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 8,7% artıb.
Sentyabrda AMB-nin valyuta ehtiyatları 4,4% və ya $410,9 milyon artıb.
2022-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 27,1% artıb.*
X.Nəsirzadə