2023-cü il sentyabrın 29-na Azərbaycanda pul bazasının həcmi 17 milyard 896,2 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2022-ci ilin sonuna pul bazasının həcmi 17 milyard 460,3 milyon manat təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, 2023-cü ilin yanvar-sentyabr aylarında pul bazası 2,5% artıb.
Sentyabrda Azərbaycanda pul bazası 220,7 milyon manat və ya 1,2% azalıb.
2022-ci ildə Azərbaycanda pul bazası 2,7% azalıb.*
X.Nəsirzadə