İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacırla sənaye və texnologiya sahələrində əməkdaşlıq perspektivlərini müzakirə edib.
“Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır ilə iki ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin müxtəlif istiqamətlərdə, həmçinin sənaye və texnologiya sahələrində inkişafından məmnunluq ifadə etdik, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi apardıq”, - deyə M.Cabbarov “X” sosial şəbəkəsində yazıb.*
B.Rüstəmbəyov