Gəncə Şəhər İcra Hakimiyyəti şəhərdə inşa edilən İdman Sarayı üçün avadanlıqların satın alınmasına 16,3 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, “Rövşən Oğuz Qrup” MMC ilə 16,303 milyon manat məbləğində müqavilə bağlanıb.
İşlərin yerinə yetirilmə müddəti 31 dekabr 2023-cü ilə qədərdir.*
R.Kərimov