Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov etimadnaməsinin surətini bu ölkənin baş nazirinin müavini - xarici işlər naziri Rəşid Meredova təqdim edib.
“Etimadnaməmin surətini Türkmənistan Nazirlər Kabineti sədrinin müavini - xarici işlər naziri Rəşid Meredova təqdim etməkdən böyük şərəf duyuram”, - deyə səfir bu gün “X” sosial şəbəkəsində yazıb.
Prezident İlham Əliyev 2023-cü il avqustun 29-da Qismət Gözəlovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.*
R.Kərimov