Çox yaxın zamanda “AKINCI” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək. Bunu “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar deyib.
“Azərbaycanlı pilotlar və texniklər təlimləri uğurla başa vurublar. Odur ki, “AKINCI” PUA-ları ən yaxın zamanda Azərbaycana gətiriləcək”, - deyə o, oktyabrın 2-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin kuluarlarında jurnalistlərə bildirib.
“Bayraktar AKINCI” layihələri Türkiyə Prezidentinin Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin dəstəyi ilə həyata keçirilir.
“Bayraktar AKINCI” pilotsuz uçuş aparatı 2021-ci il avqustun 29-da Prezident Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi mərasimdə Türkiyə Silahlı Qüvvələrinə təhvil verilib.
“Bayraktar AKINCI” hazırda Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən aktiv şəkildə əməliyyatlarda istifadə olunur.*
N.Abbasova