Azərbaycan Müdafiə Nazirliyi Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra müsadirə edilmiş döyüş texnikası, silah və sursat barədə yenilənmiş məlumatı dərc edib.
Oktyabrın 2-si saat 18:00-a olan məlumat belədir:
Müsadirə edilmiş silahlar: atıcı silahlar – 2608, qumbaraatanlar – 235, top və haubitsalar – 60, minaatanlar – 64, tank əleyhinə silahlar – 58, HHM silahları – 165.
Müsadirə edilmiş texnika: zirehli texnika – 31, avtomobil texnikası – 265, qoşqular – 23, yardımçı texnika – 9.
Müsadirə edilmiş döyüş sursatları: raketlər – 1700, top və haubitsa mərmiləri – 5177, zenit top mərmiləri – 31771, minaatan mərmiləri – 12806, qumbaralar – 5880, əl qumbaraları – 3068, patronlar – 2009970, digər sursatlar – 5778.
Müsadirə edilmiş cihazlar və təchizat: optik cihazlar – 314, digər cihazlar – 38, fərdi təchizat vasitələri – 1027, müxtəlif silahların qurğuları – 15, digər təchizat vasitələri – 3323.*
N.Abbasova