Rusiya Azərbaycan tərəfi ilə Qarabağda vəziyyəti sabitləşdirmək üzərində işləyir. Bunu bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Bizim sülhməramlılarımız bu vəziyyətdə əllərindən gələni edirlər. Biz Qarabağı tərk etmək istəyən insanları saxlaya bilmərik”, - deyə o, “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısı çərçivəsində jurnalistlərə bildirib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi azərbaycanlı həmkarları və qonşuları ilə Qarabağda vəziyyəti sabitləşdirmək, orada etimadı gücləndirmək, normal həyatın bərpası, ermənilərlə azərbaycanlıların birgə yaşayışına şərait yaratmaq üçün çalışır.
“Ümid edirəm ki, İrəvan da bunda maraqlı olmalıdır və bunun üçün səy göstərəcək”, - deyə Lavrov qeyd edib.*