Oktyabrın 2-də xarici işlər naziri Ceyhun Bayramov Latviya Respublikasının Azərbaycan Respublikasındakı yeni təyin edilmiş səfiri Edqars Skuyanı qəbul edib.
“Səfir Edqars Skuya etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. XİN başçısı səfiri təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb”, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.
Görüşdə Azərbaycan və Latviya arasında əməkdaşlıq məsələləri, habelə cari regional vəziyyət müzakirə olunub.*
N.Abbasova