Azərbaycan Müdafiə Nazirliyi 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ bölgəsində həyata keçirilmiş lokal antiterror tədbirləri zamanı şəhid olmuş hərbçilərin siyahısını yeniləyib.
Yenilənmiş siyahıda şəhid olmuş 191 hərbi qulluqçunun adı (əvvəlki siyahıda 180, daha sonra 186 şəhidin adı qeyd olunmuşdu) var.
Xəbər verildiyi kimi, antiterror tədbirləri zamanı şəhid olan hərbçilərdən 12 nəfər Daxili İşlər Nazirliyinin hərbi qulluqçulardır.
Eyni zamanda, 500-dən çox hərbi qulluqçumuz yaralanıb.
Antiterror tədbirləri zamanı Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələrinin açdığı atəş nəticəsində 1 mülki şəxs həlak olub, 1 mülki şəxs isə yaralanıb.*
X.Nəsirzadə