Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2023-cü ilin sentyabr ayında valyuta hərraclarında $164,5 milyon məbləğində xarici valyuta satıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Xəbər verildiyi kimi, ARDNF 2023-cü ilin avqust ayında $93,9 milyon məbləğində xarici valyuta satıb. Beləliklə, sentyabrda xarici valyuta satışının həcmi 75,2% artıb.
“İnterfaks-Azərbaycan” agentliyinin fondun aylıq məlumatları əsasında apardığı hesablamalara görə, 2023-cü ilin yanvar-sentyabr aylarında ARDNF valyuta hərraclarında $2 milyard 102,2 milyon məbləğində xarici valyuta (2022-ci ilin 9 ayı ilə müqayisədə azalma 45,5%) satıb.
Hazırda ARDNF valyuta hərraclarında valyutanın əsas satış mənbəyi kimi çıxış edir. Mərkəzi Bank hərracların bir çoxunda təklifin tələbi üstələdiyini qeyd edir.
Azərbaycan Dövlət Neft Fondu 2022-ci ildə valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta satıb ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 30% azdır.*
R.Əhmədov