Ermənistan parlamenti oktyabrın 3-də keçirilən iclasda Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib.
60 deputat ratifikasiyanın lehinə, 22 deputat isə əleyhinə səs verib.
Səsvermə başlamazdan əvvəl “Mənim şərəfim” müxalifət fraksiyasının rəhbəri Hayk Mamicanyan bildirib ki, Roma Statutunun ratifikasiyası Ermənistana heç bir fayda verə bilməz. Çünki “nə Azərbaycan, nə də Türkiyə onu nəinki ratifikasiya etməyib, hətta heç imzalamayıb da”.
“BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən ABŞ, Rusiya və Çin də Roma Statutunu ratifikasiya etməyib və imzalamayıb. Bu, Ermənistana təhdiddən başqa, heç bir fayda verə bilməz”, - deyə o qeyd edib.*