Rusiya Federasiyasının Saratov vilayəti cari ilin 16-18 oktyabr tarixlərində Bakıya biznes missiya göndərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi regional İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Bakıya səfərin məqsədi ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi və yeni müqavilələrin bağlanmasıdır. Regional nümayəndə heyətinin üzvləri xarici meydançalarda istehsal prosesi ilə tanış olacaqlar”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə