“Bakı Metropoliteni” QSC “Həzi Aslanov” stansiyasının dalan yollarında korroziyaya (deformasiyaya) uğramış yük daşıyıcı konstruksiyaların bərpasına 32 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən bildirir ki, “Avro-Asiya Insaat Korporasiyasi Evrascon” ASC ilə 31 milyon 677 min 740,95 manat məbləğində müvafiq müqavilə bağlanıb.
Layihə üzrə bütün işlər 2024-cü ilin sonunadək başa çatdırılmalıdır.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 3 xətt (yaşıl, qırmızı və bənövşəyi) və 27 stansiyadan ibarətdir.*
N.Abbasova