2023-cü ilin I yarısının yekunları üzrə Azərbaycanın bank sisteminin uzun açıq valyuta mövqeyi $170 milyon təşkil edib.
2022-ci ilin sonuna Azərbaycanın bank sisteminin uzun açıq valyuta mövqeyi $143 milyon təşkil etmişdi.
“İnterfaks-Azərbaycan” agentliyi Mərkəzi Bankın (AMB) 2023-cü ilin yanvar-iyun ayları üzrə Maliyyə sabitliyi hesabatına istinadən bildirir ki, bank sisteminin uzun açıq valyuta mövqeyinin məcmu kapitala nisbəti göstəricisi 5,3% (2022-ci ilin sonuna 4,7% - İF) təşkil edib.
AMB-nin məlumatına görə, 2023-cü ilin birinci yarısında bank sektoru üzrə məcmu kapital 6,5% (336 milyon manat) artaraq 5,5 milyard manat təşkil edib.*
A.Əzizov