Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 5-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7885 manat/1EUR səviyyəsində (oktyabrın 4-nə 1.78 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0170 manat/1RUB səviyyəsində (oktyabrın 4-nə 0.0171/1RUB) müəyyən edib.
AMB oktyabrın 5-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0617 manat/1TRY səviyyəsində saxlayıb.*
B.Rüstəmbəyov