2022-ci ildə Vergi ombudsmanına müraciətlərin sayı 17 olub və 6 müraciət üzrə vergi ödəyicilərinin maraqları təmin edilib.
“İnterfaks-Azərbaycan” agentliyi Dövlət Vergi Xidmətinə istinadən bildirir ki, 2021-ci ildə bu göstəricilər müvafiq olaraq 17 və 10 təşkil edib.
2019-2022-ci illərdə Vergi ombudsmanına müraciətlərin sayı 198 təşkil edib, 72 müraciət üzrə vergi ödəyicilərinin maraqları təmin edilib. Beləliklə, müraciətlərin 36,4%-ə qədəri əsaslandırılmış hesab olunub.*
R.Əhmədov