Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) gəmilərinin və hərbi qulluqçularının iştirakı ilə keçirilən “Xəzri-2023” birgə taktiki təlimində terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi bu gün məlumat yayıb.
“Məşqlərdə terror qruplaşmaları tərəfindən zəbt edilmiş adanın dəniz xüsusi təyinatlı və dəniz piyada bölmələri tərəfindən azad edilməsi üzrə tapşırıqlar yerinə yetirilib”, – deyə məlumatda bildirilir.
Azərbaycan və Qazaxıstan HDQ-nin hərbi qulluqçuları keçirilən məşqlərdə verilən tapşırıqların icra edilməsində yüksək peşəkarlıq nümayiş etdiriblər.
“Xəzri-2023” birgə taktiki təlimi Azərbaycan və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmilərinin və hərbi qulluqçularının, eləcə də müşahidəçi qismində İran İslam Respublikasının HDQ-nin nümayəndə heyətinin iştirakı ilə Azərbaycanda keçirilir. Təlimlər oktyabrın 8-də başa çatacaq.*
R.Kərimov