Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 5-də günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması ilə bağlı məlumat yayıb.
“Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub”, – deyə məlumatda bildirilir.
Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri şəxsi heyət sarıdan itki verməyib.*
R.Əhmədov