Britaniyanın BP şirkəti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi arasında əməkdaşlığa dair sənədlər imzalanıb.
“Bu gün BP-nin ofisində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasovla şirkətin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz arasında görüş keçirilib.
Görüşdə hərtərəfli və səmərəli əməkdaşlıq, birgə fəaliyyət və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər haqqında fikir mübadiləsi aparılıb. Görüşün sonunda iki sənəd imzalanıb”, - deyə BP-nin məlumatında bildirilir.
Tərəflər Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və BP şirkəti arasında əməkdaşlıq haqqında protokol və “Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi və “BP Exploration (Caspian Sea) Limited” şirkəti arasında razılaşdırılmış mühafizə qaydaları” haqqında sənəd imzalayıblar.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin nümayəndələri, həmçinin BP ofisində təhlükəsizlik nəzarət və idarəetmə sistemi və prosesləri ilə tanış olublar. General-mayor İ.Abbasov onlara təqdim olunmuş texnologiya və sistemləri yüksək qiymətləndirib.*
N.Abbasova