Moskva Bakını Qarabağ separatçılarının “keçmiş rəhbərləri”nə, o cümlədən Ruben Vardanyana mərhəmət göstərməyə çağırıb. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Valday” Klubunun moderatorunun “Rusiya Azərbaycan rəhbərliyini bu şəxslərə mərhəmət göstərməyə çağıra bilərmi” sualına Putin belə cavab verib: “Biz hər zaman bunu etmişik, indi də edirik”.
“Detallara varmaq istəmirəm. Mən belə başa düşürəm ki, onları heç İrəvanda da görmək istəmirlər. Hesab edirəm ki, Azərbaycan rəhbərliyi məlum məsələdə, Azərbaycan üçün bütün ərazi məsələləri həll olunduğu vaxtda humanitar xarakterli mülahizələrə əsaslanacaq”, - deyə o vurğulayıb.
Qarabağda qalan ermənilərin sayına toxunan Rusiya lideri deyib: “İndi orada erməni qalmayıb, hamı gedib. Ola bilsin ki, 1000-1500 nəfər qalıb”.