“Ukrnafta” və SOCAR-ın yanacaqdoldurma məntəqələri şəbəkələri Ukraynadakı şəbəkələrdə yanacaq kartlarının qarşılıqlı dövriyyəsini razılaşdırıb və emitentlərarası proqram haqqında müqavilə imzalayıb.
“Ukrnafta”nın məlumatına görə, SOCAR-ın sCard və “Ukrnafta”nın NAFTAkart sahibləri olan hüquqi şəxslər hər iki şəbəkədə endirimli qiymətlə lazımi həcmdə yanacaq əldə edə bilərlər.
Ödəniş yanacaq kartlarına bağlı hesablardakı vəsait hesabına həyata keçirilir.
“Bu, hər iki şirkətin müştərilərinə yanacaqdoldurma məntəqələrinin coğrafiyasını genişləndirməyə imkan verir: hazırda “Ukrnafta”nın şəbəkəsində 456, SOCAR-ın şəbəkəsində isə 57 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir. Buna görə də harada olmağınızdan asılı olmayaraq siz həmişə sərfəli təkliflə avtomobilinizə yüksək keyfiyyətli yanacaq doldura bilərsiniz”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi “Ukrnafta”ya istinadən bildirir.
“Ukrnafta” Ukraynanın ən iri neftçıxarma şirkətidir.*
R.Əhmədov