Fransa oktyabrın 5-də Qranada görüşündə Türkiyənin iştirakına qarşı çıxıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
“Tədbir iştirakçılarının hər birinə yaxşı məlumdur ki, məhz Fransa tərəfi Türkiyənin görüşə qatılmasına qarşı çıxıb. Fransa Prezidentinin Qranadada Azərbaycanın və Türkiyənin iştirakdan imtina etməsi məsələsi ilə bağlı iddiaları riyakarlıq nümunəsidir”, - deyə məlumatda qeyd edilib.
Oktyabrın 5-də Qranadada Avropa Siyasi Birliyinin 3-cü sammiti çərçivəsində Azərbaycan, Ermənistan, Avropa İttifaqı Şurasının liderləri, Almaniya kansleri və Fransa Prezidentinin iştirakı ilə görüş keçirilməli idi. Lakin Bakı Fransanın mövqeyinə görə görüşdə iştirakdan imtina edib.*
R.Kərimov