Oktyabrın 6-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov “Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Qazaxıstan Respublikası Müdafiə Nazirliyi arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı” imzalayıblar. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Sənəd Qazaxıstan hərbi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.
Görüşdə nazirlər iki ölkə arasında müdafiə sahəsində qarşılıqlı fəaliyyətin nəticələrini müzakirə ediblər.
“Tərəflər döyüş hazırlığı, hərbi təhsil, tibb və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın mövcud potensialını qeyd ediblər”, - deyə məlumatda bildirilir.
Sabah Qazaxıstan hərbi nümayəndə heyəti “Xəzri-2023” birgə taktiki təliminin növbəti mərhələsini izləməyi planlaşdırır.*
B.Rüstəmbəyov