Tərtər rayonunun Çaylı kənd sakini piyada əleyhinə minaya düşərək həlak olub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Oktyabrın 6-da saat 17:00 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub”, - deyə məlumatda bildirilir.*
N.Abbasova