Oktyabrın 6-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Soltan bin Saad Al-Murayxi ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Görüşdə tərəflər Azərbaycan ilə Qətər arasında ikitərəfli münasibətləri, gündəlikdə duran məsələləri və müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə ediblər.
Qətər tərəfi Azərbaycanla hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.*
R.Kərimov