İsraildə ölən və yaralanan şəxslər arasında Azərbaycan vətəndaşları yoxdur. Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə yerli KİV-lərə deyib.
O, nazirliyin Azərbaycanın İsraildəki səfirliyi ilə mütəmadi təmasda olduğunu qeyd edib.
Hacızadə, həmçinin vurğulayıb ki, bir azdan Azərbaycan vətəndaşlarına dövlət qurumlarının verdiyi təlimatlara riayət etmək istiqamətində çağırış ediləcək.*
V.Əliyev