BMT-nin baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyir və münaqişənin daha miqyaslı xarakter almasından çəkinməyə çağırır. Bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik deyib.
“BMT-nin baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığındakı və mərkəzi hissəsindəki şəhərlərə hücumunu, o cümlədən yaşayış məntəqələrinə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə BMT-nin saytında dərc olunmuş bəyanatda bildirilir.
“O qeyd edir ki, zorakılıq münaqişənin həlli ola bilməz və sülh yalnız hər iki dövləti qane edən həllə aparan danışıqlar yolu ilə əldə edilə bilər”, - deyə bəyanatda qeyd olunur.*