Azərbaycan Mərkəzi Bankı (AMB) oktyabrın 9-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Oktyabrın 9-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.7938 manat/1EUR səviyyəsində (oktyabrın 6-na 1.7920 manat/1EUR) müəyyən edilib.
AMB oktyabrın 9-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0169 manat/1RUB səviyyəsində saxlayıb.
AMB oktyabrın 9-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0616 manat/1TRY səviyyəsində (oktyabrın 6-na 0.0614 manat/1TRY) müəyyən edib.**
B.Rüstəmbəyov