2023-cü ilin birinci rübündə Azərbaycandan Trans-Adriatik qaz kəməri (TAP) ilə Avropa İttifaqı (Aİ) ölkələrinə qaz tədarükünü ötən ilin eyni dövrü ilə müqayisədə 13% - 2,8 milyard kubmertrədək artırıb.
Bu barədə Avropa Komissiyasının “İnterfaks-Azərbaycan”ın əldə etdiyi Avropanın qaz bazarında vəziyyətə dair rüblük hesabatında deyilir.
AK Avropanın qaz nəqli sistemləri operatorları şəbəkəsi (ENTSOG) platformasının məlumatlarına əsaslanır.
2022-ci ilin IV rübü ilə müqayisədə Azərbaycan qazının ixracı 6% azalıb.
Bununla yanaşı, 2023-cü ilin birinci rübündə Aİ-nin ümumi qaz idxalında (boru kəmərləri və mayeləşdirilmiş formada) Azərbaycanın payı əvvəlki rübdəki 3%-dən 4%-ə qədər artıb.
Hesabatda qeyd olunur ki, I rübdə Aİ boru kəmərləri vasitəsilə 42,2 milyard kubmetr qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32% azdır.
Yanvar-mart aylarında Avropaya boru kəməri ilə qaz tədarükçülərinin ilk beşliyinə daxil olub: Norveç – 21,7 milyard kubmetr (53% pay), Şimali Afrika (Əlcəzair və Liviya) – 7,3 milyard kubmetr (18%), Rusiya – 5 milyard kubmetr (12%), B.Britaniya – 4,4 milyard kubmetr (11%) və Azərbaycan – 2,8 milyard kubmetr (7%).
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac olunub. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.**
R.Kərimov