2023-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan aqrar və aqrar sənaye məhsullarının ixrac dəyəri $641,2 milyon təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 8,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
İxracın ümumi həcmində aqrar məhsulların payı $495,3 milyon (+4,9%), aqrar sənaye məhsullarının payı $145,9 milyon (+22,4%) təşkil edib.
2022-ci ildə Azərbaycan $912,4 milyon dəyərində aqrar və aqrar sənaye məhsulları ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 11,8% çoxdur.
İxracın ümumi həcmində $717,6 milyon (+6,7%) aqrar məhsulların, $194,8 milyon (+35,4%) aqrar sənaye məhsullarının payına düşüb.**
B.Rüstəmbəyov