2023-cü il oktyabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda vergi ödəyiciləri tərəfindən 93,23 min ədəd (avqustda 699 ədəd, sentyabrda 642) yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2023-cü ilin yanvar-sentyabr aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 16 milyard manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 15,6% çoxdur”, - Xidmətdən bildirilir.
2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manat (2021-ci ilin göstəricisi ilə müqayisədə artım 26,6%) təşkil edib.**
B.Rüstəmbəyov