2023-cü ilin oktyabr ayının 1-nə Azərbaycanda 1 milyon 770,3 min əmək müqaviləsi bağlanıb. Bu barədə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“Bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 368,3 min vahid artıb və 2023-cü ilin oktyabr ayının 1-nə 1 milyon 770,3 minə çatıb», - məlumatda deyilir.
Xüsusilə, hesabat dövründə qeyri-neft sektorunun özəl bölməsində bu göstərici 340,9 min artaraq 880,8 min olub. **
X.Nəsirzadə