Bazar ertəsi İran Xarici Işlər Nazirliyində (XİN) bəyan ediblər ki, Azərbaycanın Tehrandakı səfirliyinin yenidən fəaliyyətə başlamasını gözləyirlər.
«İnterfaks-Azərbaycan» IRNA agentliyinə istonadən məlumat verir ki, İran Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kanaani qeyd edib ki, Tehran və Bakı arasında Azərbaycanın diplomatik nümayəndəliyinin fəaliyyətinin bərpa edilməsi ilə bağlı konsensus mövcuddur.
Mehr agentliyi Kanaaninin sözlərinə istinadən məlumat verfir ki, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.
Xəbər verildiyi kimi, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb.
Azərbaycan hökuməti prezident İlham Əliyev tərəfindən terror aktı kimi qiymətləndirilən bu hadisədən sonra Tehrandakı səfirliyin bütün əməkdaşlarının və onların ailə üzvlərinin təxliyə edilməsi ilə bağlı qərar qəbul edib. Təxliyə yanvarın 29-da baş tutub.
Hazırda Azərbaycanın yalnız Təbrizdəki baş konsulluğu fəaliyyət göstərir.**
R.Kərimov