Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi “Siyəzən rayonunun Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, sənədə əsasən, Siyəzən-Dağ Quşçu-Ərziküş avtomobil yolunun tikintisi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) 8,8 milyon manat ayrılır.
Avtomobil yolu 9 yaşayış məntəqəsini birləşdirir.
Vəsait "Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndən ayrılacaq.
Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov