2023-cü il oktyabrın 9-na olan vəziyyətə görə, İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 47,135 min ipoteka krediti verilib.
“İnterfaks-Azərbaycan” agentliyi İKZF-nin məlumatına istinadən xəbər verir ki, verilmiş ipoteka kreditlərinin məbləği 2 milyard 813 milyon 983,131 min manat təşkil edir.
Bundan başqa, kirayəçilərin istifadəsinə verilən yaşayış sahələrinin sayı 4 059 təşkil edir.
Zəmanət və subsidiyalar verilmiş kreditlərin məbləği isə 380 milyon 639 min manatdır.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.**
X.Nəsirzadə