Avropa Komissiyası İsrail ilə HƏMAS arasında münaqişənin gərginləşməsi fonunda Fələstin strukturlarına maliyyə dəstəyini dayadırır və bir sıra layihələrin təkrar baxılmasına başlayır. Bu barədə bazar ertəsi Avropa İttifaqının (Aİ) qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi məlumat verib.
«Fələstin xalqının ən böyük donoru kimi Avropa Komissiyası ümumi dəyəri 691 milyon avro olan inkişaf sahəsində layihələrin bütün portfelinə yenidən baxmağa başlayır», - Varhelyi X sosial şəbəkəsində (əvvəl Twitter) yazıb.
Avropa komissarı izah edib ki, bu, o cümlədən, bütün ödənişlərin dərhal dayandırılması və bütün layihələrə yenidən baxılması deməkdir.
Onun sözlərinə görə, bu addım Qəzza zolağından olan fələstinli qruplaşmaların İsrailə hücumları ilə diktə olunub. **