Bazar ertəsi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası çərçivəsində Bakıda səfərdə olan İran İslam Respublikasının xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib.
“Tərəflər Azərbaycan-İran münasibətlərinin gündəliyində duran bir sıra məsələləri müzakirə ediblər. Şimal-Cənub nəqliyyat dəhlizinin, həmçinin bu marşrutla bərabər, Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantılarının icrası istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadilə aparılıb”, - Azərbaycan XİN-in məlumatında deyilir.
Bayramov və Səfəri iqtisadi-ticarət əlaqələrinin dinamikasının artmasını qeyd ediblər və bu xüsusda, iki ölkə arasında Hökumətlərarası Komissiyanın fəaliyyəti yüksək qiymətləndiriblər.
“Görüşdə həmçinin, regionda baş verən son proseslər ətrafında fikir mübadiləsi aparılıb. (...) Azərbaycanın erməni sakinlərin Azərbaycanın Konstitusiyası və qanunvericiliyi çərçivəsində reinteqrasiyası üçün müvafiq tədbirlər həyata keçirdiyi və ölkəmizin suverenlik və ərazi bütövlüyünə hörmət prinsipi əsasında Ermənistanla davamlı sülhün qurulmasında maraqlı olduğu bildirilib”, - nazirlikdən vurğulanır.
Görüş zamanı həmçinin digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. **
N.Abbasova