İsrail hərbçilərinin HƏMAS radikal Fələstin hərəkatına qarşı əməliyyatı uzun zaman davam edəcək. Bu barədə İsrailin xarici işlər naziri Eli Kohenbəyan edib.
"Bu vaxt tələb edəcək. Və bu, bir neçə gün deyil, uzun zaman davam edəcək", - deyə o, videobrifinqdə jurnalistlərə bildirib.
Kohen vurğulayıb ki, İsrail HƏMAS-ın İran hakimiyyəti ilə sıx əlaqədə olduğunu hesab edir. «HƏMAS İranın marionetidir», - nazir bildirib.
«Biz bilirik ki, tarix boyu İran HƏMAS-ın çox fəal tərəfdarı olub və HƏMAS-a böyük maliyyə və digər dəstək göstərib və inanırıq ki, İran HƏMAS-ın hərəkətlərində rol oynayır», - İsrail Müdafiə Ordusunun nümayəndəsi mayor Libbi Vaiss öz növbəsində əlavə edib. **