Rusiya sülhməramlıları Qarabağda bölgəsindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin tərksilah edilməsi çərçivəsində təhvil verilmiş döyüş sursatları, silah, hərbi və xüsusi texnikanın olduğu anbarların mühafizəsi üçün 25 gözətçi postu qurub. Bu barədə bazar ertəsi RF Müdafiə Nazirliyinin informasiya bülletenində məlumat verilir.
“Döyüş sursatları, silah, hərbi və xüsusi texnikanın olduğu anbarların mühafizəsi (...) “Şimal” (7 post) və “Cənub” (18 post) məsuliyyət zonalarında, onlardan 14-ü Azərbaycan tərəfi ilə birgə həyata keçirilir”, - sənəddə deyilir. **