Rusiya xarici işlər naziri Sergey Lavrov hesab edir ki, ABŞ və Avropa İttifaqı öz fəaliyyətləri ilə Cənubi Qafqazda sabitliyi pozur.
“Brüssel öz geosiyasi ambisiyalarını düşünərək, Vaşinqtonla birgə Cənubi Qafqazda sabitliyin pozulmasına gətirib çıxaran “vasitəçilik xidmətlərini” Azərbaycan və Ermənistana sırıyır”, - deyə Lavrov “Rusiya qlobal syasətdə” jurnalında dərc olunmuş məqaləsində bildirib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, Rusiya XİN başçısının fikrincə, Ermənistan və Azərbaycan rəhbərlərinin “hər iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdiyi bir vaxtda dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin zamanı gəlib çatıb”.
“Rusiya sülhməramlı kontingenti bu prosesə hər cür töhfə verməyə hazırdır”, - deyə Lavrov vurğulayıb.*
R.Əhmədov