“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxs idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınmasına 7 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına istinadən xəbər verir ki, “Agro Best” QSC ilə 7 milyon 44,69 min manat məbləğində müqavilə bağlanıb.
Müqavilə çərçivəsində təchizat 20 dekabr 2023-cü il tarixinədək həyata keçirilməlidir.*
B.Rüstəmbəyov