İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə yığımları artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 765,5 milyon manat (2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 14% və ya 462,4 milyon manat) olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 2,4 milyard manat (+14,8%) təşkil edib.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar 132,8 milyon manat (+15,1%), qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 98,2 milyon manat (+15,1%) təşkil edib.
Yanvar-sentyabr aylarında icbari tibbi sığorta haqları üzrə daxilolmalar 683 milyon manat (+15,3%), qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 480,9 milyon manat (+17%) təşkil edib.*
B.Rüstəmbəyov