2023-cü ilin əvvəlindən Rusiyanın Ryazan vilayətinin quşçuluq müəssisəsi tərəfindən Azərbaycana 130 min baş günlük cücə ixrac edilib.
“İnterfaks-Azərbaycan” agentliyi Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə (“Rosselxoznadzor”) istinadən xəbər verir ki, Azərbaycana tədarükün həcmi 2022-ci ildə həyata keçirilmiş ixrac göstəricisindən 2 dəfə çox olub.
Xidmətdən bildirilib ki, yükə sənədli və fiziki nəzarət aparılarkən baytarlıq qanunvericiliyinin pozulması halları aşkar edilməyib.*
R.Kərimov