Beynəlxalq Valyuta Fondu (BVF) 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 2,5% səviyyəsində proqnozlaşdırır. Bu proqnoz BVF-nin “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.
“İnterfaks-Azərbaycan” agentliyinin daha əvvəl verdiyi məlumata görə, apreldə BVF 2023-cü il üçün Azərbaycanda ÜDM artımını 3% səviyyəsində proqnozlaşdırmışdı.
Fond 2024-cü ildə Azərbaycanda ÜDM artımını 2,5% (aprel proqnozu 2,6%), 2028-ci ildə 2,5% səviyyəsində (aprel proqnozu 2,6%) proqnozlaşdırır.
BVF-nin proqnozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 2023-cü ildəki 13,9%-dən 10,3%-dək (aprel proqnozu 11,3%), 2024-cü ildə 5,6%-dək (aprel proqnozu 8%), 2028-ci ildə 4%-dək (aprel proqnozuna uyğundur) azalacaq.
BVF 2023-cü ildə Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının profisitini ÜDM-in 16,3%-i (2022-ci ildə ÜDM-in 29,8%-i), 2024-cü ildə ÜDM-in 15,7%-i, 2028-ci ildə isə ÜDM-in 7%-i səviyyəsində proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyi 2023-cü ildə ÜDM-in artımını 1,9%, 2024-cü ildə 2,4% səviyyəsində proqnozlaşdırır.
İqtisadiyyat Nazirliyi 2023-cü ilin yekunları üzrə orta illik inflyasiyanı 9,5% səviyyəsində proqnozlaşdırır. 2024-cü il üçün proqnoz 5,3% təşkil edir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6% artıb.*
A.Əzizov