2020-ci ilin dekabr ayından etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya nəql olunan Azərbaycan qazının həcmi 28 milyard kubmetri ötüb. Bunu “TAP AG” şirkətinin icraçı direktoru Luka Şippati deyib.
“İnterfaks-Azərbaycan” agentliyi şirkətin “X” sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir ki, Şippati qeyd edib ki, hesabat dövründə TAP vasitəsilə İtaliyaya 23,5 milyard kubmetrdən çox qaz nəql olunub.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
Azərbaycan 2022-ci ildə qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb. Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac edilib. 2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov