“GL” ASC oktyabrın 10-da 399 min manat məbləğində istiqraz yerləşdirib.
Bakı Fond Birjasından (BFB) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hərraca 425 min manat məbləğində istiqraz çıxarılmışdı. Beləliklə, “GL” hərracda istiqrazlarının 94%-ni yerləşdirib.
“Hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim edilib. Hərracın yekunları üzrə istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 399 min manat təşkil edib”, - deyə BFB-dən bildirilib.
İstiqrazlar üzrə illik gəlirlilik 12%, faiz ödəniş dövrü 30 gündən bir, tədavül müddəti isə 5 ildir.
Yerləşdirmə üzrə anderrayter “INVEST-AZ İnvestisiya Şirkəti” QSC-dir.
Xəbər verildiyi kimi, “GL” ASC 6 tranşla 3 milyon 25 min manat məbləğində istiqraz yerləşdirməyi planlaşdırır: 1-ci tranş - 700 min manat (müddət - 60 ay, illik gəlirlilik – 14%), 2-ci tranş - 1,3 milyon manat (müddət - 60 ay, gəlirlilik – 13%), 3-cü tranş – 425 min manat (müddət - 60 ay, gəlirlilik – 12%), 4-6-cı tranşlar – hər biri 200 min manat (müddət - 60 ay, gəlirlilik – 12%).
“GL” ASC 2016-cı ilin iyun ayında dövlət qeydiyyatına alınıb. Şirkətin səhmdarı bir fiziki şəxsdir. “GL” daşınar әşyaların girov qoyulması müqabilindә kreditlәrin verilmәsini hәyata keçirir. 2022-ci ilin sonuna ASC-nin aktivləri 40,6 milyon manat, kredit portfeli 34,3 milyon manat, öhdəlikləri 38,3 milyon manat məbləğində qiymətləndirilir. 2022-ci ildə şirkətin xalis mənfəəti 3,8 milyon manat təşkil edib.*
X.Nəsirzadə