Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) dekabrın 19-dan Bakı-Pekin-Bakı marşrutu üzrə uçuşlara başlayır.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən bildirilib ki, Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.
Aviadaşıyıcı qeyd edir ki, Çinə hava yolu ilə səyahət etməzdən əvvəl sağlamlıq anketini doldurmaq və əldə olunan QR-kodu mobil cihazda saxlamaq zəruridir. Bu QR-kodun olması həm Bakıda, həm də Pekində uçuşa minmək üçün mütləq şərtdir.
“İki paytaxt arasında uçuşların başlanması qərarı səyahətə artan tələbatın ödənilməsi və Azərbaycan və Çin arasında dinamik inkişaf edən əlaqələrin gücləndirilməsi məqsədi daşıyır”, - deyə aviaşirkət vurğulayır.*
R.Əhmədov