Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 10-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevi qəbul edib. Bu barədə RF Təhlükəsizlik Şurasının mətbuat xidmətindən bildirilib.
“Müxtəlif sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığına dair məsələlərin geniş spektri müzakirə olunub. Regional və beynəlxalq təhlükəsizlik və sabitliyin təmin edilməsi və möhkəmləndirilməsi ilə bağlı mövzulara xüsusi diqqət yetirilib”, – deyə məlumatda bildirilir.
Öz növbəsində, Azərbaycan liderinin saytında qeyd olunur ki, Əliyev regional məsələlərin 3+3 formatında region ölkələrinin iştirakı ilə həll edilməsinin vacibliyini vurğulayıb, bu formatda müvafiq səviyyələrdə görüşlərin keçirilməsini qeyd edib.
Həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan, Rusiya və İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.
RF Təhlükəsizlik Şurasının daha əvvəl yaydığı məlumata görə, Patruşev Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik məsələləri ilə bağlı məsləhətləşmələr aparmaq üçün Bakıya gəlib.*